AZ

Super Liqa klubunda istefa

Türkiyənin “Alanyaspor” klubunun baş məşqçisi Fatih Tekke istefa verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssis Super Liqanın 11-ci turunda “Bodrumspor”la səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayıb.

Alanya təmsilçisi hazırda Super Liqada 10 xalla 15-ci pillədədir.

Tekke ötən ilin noyabrından “Alanyaspor”u çalışdırırdı. Türkiyə millisinin sabiq hücumçusu daha əvvəl “Boluspor”, “Manisaspor”, “Denizlispor”, “Bursaspor” və “İstanbulspor”u da çalışdırıb.

Seçilən
42
futbolinfo.az

1Mənbələr