AZ

Josep Borrell Cənubi Koreya ilə Yaponiyanı səhv saldı

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Seulda danışıqlar zamanı Yaponiya və Cənubi Koreyanı səhv salıb. 

Bu barədə Demokrat.az RİA Novosti-yə istinadən xəbər verir.

Borrell Cənubi Koreya hökumət rəsmiləri ilə görüşdə bunları deyib: 

“Mən bir avropalı olaraq Avropa İttifaqı və Yaponiya arasında müdafiə və təhlükəsizlik tərəfdaşlığını elan etmək üçün buradayam”.

Avropa nümayəndə heyətinin üzvlərindən birinin irad bildirməsindən və Cənubi Koreya nümayəndələrinin gülməsindən sonra Borrell səhvinə görə üzr istəyib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
31
demokrat.az

1Mənbələr