AZ

Ançelottinin təşəbbüsü boykota yol açıb

Bilindiyi kimi, “France Football”un təsis etdiyi “Qızıl top”un və bir sıra digər mükafatların təqdimat mərasimində “Real”ın heç bir təmsilçisi iştirak etməyib.

Mərasimə qatılmamağın təşəbbüskarı komandanın baş məşqçisi Karlo Ançelotti olub. COPE-nin məlumatına görə, italiyalı mütəxəssis “Qızıl top”un Vinisius Juniora verilməyəcəyini öyrəndikdən sonra belə qərar verib. Ançelottinin bu vəziyyətdə prioriteti futbolçunun və komandanın rahatlığı olduğu bildirilir.

Xatırlayaq ki, “Real” bu ilin ən yaxşı kişi komandası, Ançelotti ən yaxşı məşqçi seçilib. Komandanın fransalı hücumçusu Kilian Mbappe isə “Herd Müller” mükafatını “Bavariya”nın oyunçusu Harri Keynlə bölüşüb. “Qızıl top”u isə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb.

Seçilən
49
football-plus.az

1Mənbələr