AZ

Vatikan rəsmisi daimi dəstəyə görə Azərbaycana minnətdarlığını çatdırıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər ƏliyevFondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərqkilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerottiilə görüşüb.

Trend xəbər verir ki,Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fonduilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.

Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikandakılayihələrini yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondunprezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusiminnətdarlığını çatdırıb.

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası,Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxivəlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarınınAzərbaycana tarixi və dini abidələrin bərpası məqsədi ilə tanışlıqsəfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub, gələcəkdə yenilayihələrin icrasının vacibliyi vurğulanıb.

Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərəkAzərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıdayeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikulturalsiyasətinin bariz nümunəsi olduğunu bildirib.

Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsifonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizmsiyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dinietiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondunprezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zamanxüsusi önəm verdiyini deyib və gələcəkdə də bu əməkdaşlığın inkişafetdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhəri dövləti üzrəqubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs PavelBazilikasında həyata keçiriləcək bərpa işləri bağlı imzalanmışəməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığıngöstəricisi kimi qeyd olunub.

Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcəklayihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərininkeçirilməsi, sərgi və konsert proqramının təşkil olunması vəmüxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilənintəşkil olunması təklifini də irəli sürüb.

Görüş zamanı Klaudio Qucerottiyə 11-22 noyabr tarixlərindəBakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıqişləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində “Dünyadinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək DiniLiderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin müsbətinkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinəəminliyini bildirib.

Vatikan
Vatikan
Seçilən
28
26
az.trend.az

10Mənbələr