İspaniyanın dəmir yolu operatoru Renfe pis hava şəraiti ilə əlaqədar Kataloniya muxtar icmasında şəhərətrafı qatarların hərəkətini dayandırıb.
QHT.az xəbər verir ki, əlverişsiz hava şəraiti və güclü yağış xəbərdarlığı ilə əlaqədar bütün Rodalies de Catalunya xətlərində xidmətlər yerli vaxtla ən azı 14:00-a qədər dayandırılıb. Öz növbəsində İspaniyanın nəqliyyat naziri Oskar Puente X-də bildirib. pis hava şəraitinə görə Barselona hava limanına eniş etməli olan 15 təyyarə başqa hava limanlarına yönləndirilməli olub.
İspaniyanın Dövlət Meteorologiya İdarəsi yağış səbəbindən Barselona bölgəsində hava təhlükəsi səviyyəsini maksimuma qaldırıb.
Pərvanə Fərhadqızı