Polşa ilə sərhəddə Belarus sərhədçiləri noyabrın 4-nə keçən gecə Qvineya və Eritreyadan olan iki qaçqının Polşa təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü aşkar ediblər.
Bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb.
“Qadınların vəziyyəti ağır idi və aldıqları xəsarətlərdən hərəkət edə bilmirdilər. Əcnəbi qadınların paltarlarında və bədənlərində qan izləri var idi”,- deyə idarənin Teleqram kanalında yaydığı bəyanatda bildirilir.