"Qalatasaray" Fernando Musleradan sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"da çıxış edən Alisson Bekerlə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" yayda İngiltərə klubundan ayrılacağı gözlənilən braziliyalı qolkiperi transfer etmək istəyir. "Qalatasaray" rəhbərliyi yaxın vaxtlarda 32 yaşlı "əlcək sahibi" ilə təmaslara başlayacaq.
Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi