Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə gəlib.
Almaniya Xarici İşlər Nazirliyinin saytında onun sözlərindən sitat gətirilən Barbok, "Almaniyanın bir çox beynəlxalq tərəfdaşları ilə birlikdə Ukraynanın tərəfində möhkəm dayanması sarsılmaz həqiqətdir ", - deyə qeyd edib.
Nazir bildirib ki, Ukrayna Aİ-yə həmişəkindən daha yaxın olub. Barbok xatırladıb ki, G7 ölkələri Kiyevi dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən geri qaytarıla bilən 50 milyard dollarlıq kreditlə dəstəkləyir. Bundan əlavə, Almaniya Ukraynaya təcili enerji yardımı üçün 170 milyon avro ayırıb.