AZ

"Qarabağ"la oyun öncəsi: Norveç mətbuatı "Bodo-Qlimt"in hücum xəttindən narazıdır

Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Bodo-Qlimt"in hücumçuları arzuolunan səviyyədə çıxış etmir.

İdman.biz xəbər verir ki, komanda Norveç çempionatının son turunda 3 qol vursa da, bunda ön xətt oyunçularının imzası olmayıb.

"Molde" ilə 3:3 hesablı oyundan sonra ölkə mətbuatında "Bodo-Qlimt"in forvardları barədə yazı hazırlanıb: "Komandanın çatışmayan yeri hücumdur. "Molde" ilə görüşdə Kasper Höq ümidləri doğrultmadı, Filip Sinkernagel isə son dəqiqələrdə əvəzləndi. Hücum xəttinin ucunda Sinkernagel heç də uğurlu seçim deyil. "Bodo-Qlimt" əsasən uzun toplara üstünlük verir ki, bu zaman Filip yaxşı çıxış etmir. O, mübarizələrdə uduzur, topu özündə saxlaya bilmir. Eyni şeyləri pressinq zamanı da müşayiət etmək mümkündür. Forvard yorğun təsir bağışlayır".

Yazıda baş məşqçi Knutsenin mövsümün startında fərqli forvardlara üstünlük verdiyi bildirilib: "Bütün mövsümboyu "Bodo-Qlimt"in hücumçuları barədə danışılıb. Baş məşqçi mövsümün startında Jokon Evyen və Avqust Mikkelsenə üstünlük verirdi. İndi lap öndə Sinkernagel çıxış edir. Kasper Höq çempionatda 10 qol vursa da, onun zədə problemi var. Klubda forvardlardan razılıq bildirilsə də, komandanın hücumçularının mövsümü uğursuz keçirdiyini demək olar".

"Bodo-Qlimt" çempionatda son 5 oyunda cəmi 1 qələbə qazanıb. Çempionluq yarışında böyük üstünlüyü əldən verən komanda hələ də 1-ci pillədə qərarlaşıb. "Brann" ağdamlıların rəqibinə çatıb və hər iki komandanın hesabında 55 xal var.

Qeyd edək ki, "Bodo-Qlimt" - "Qarabağ" matçında noyabrın 7-də saat 21:45-də start götürəcək.

İdman.biz

Seçilən
74
idman.biz

1Mənbələr