AZ

Tablolarında öz qanını boya kimi istifadə edən rəssamıninanılmaz həyat hekayəsi - FOTO

Filippinli rəssam Elito Circa rəsmlərini öz qanı ilə çəkərək görən hər kəsi təəccübləndirir.



Sfera.az sizi 52 yaşlı filippinli rəssam Elito Circa ilə tanış edir.


Öz qanından bədii vasitə kimi istifadə edən Elitonun çox maraqlı hekayəsi və uğurlarla dolu həyatı var.


Circa məhdud maddi imkanları olan bir ailədə böyüyüb və heç vaxt rəngləmək üçün heç bir material olmadığı üçün həmişə fərqli şeylərdən istifadə edib.


Əvvəlcə o, sənət yaratmaq üçün boya kimi gavalı, pomidor kimi tərəvəz və meyvələrdən istifadə etmişdir.


Sonra gəncliyində qəza nəticəsində yaralananda öz qanını boya kimi istifadə etməyə çalışıb, daha sonra buna aludə olub.
O vaxtdan bəri bütün rəsmlərini öz qanı ilə çəkən Circa, hər üç aydan bir sağlamlıq mərkəzinə gedərək qan aldırdığını və sonra onu soyuducuda saxladığını bildirir.


Soyuducuda saxladığı qanı götürüb boya kimi istifadə edən rəssam bunları bildirir:
 

“Hər dəfə yaralananda qan ləkələrini çıxarmağa çalışırdım, çünki çətin idi. Sonra öz rəsmlərimdə qanımdan istifadə etmək qərarına gəldim”.


"İncəsənət əsərlərim mənim üçün çox vacibdir, çünki onlar məndən gəlir, öz qanım, DNT-m onun bir hissəsidir."


Circa deyir ki, onun yeni məqsədi öz qanı ilə dünyanın ən böyük tablosunu çəkməkdir.


"100 metrlik kətan üzərində indiyə qədər çəkilmiş ən böyük qan tablosunu yaradaraq dünya rekordu qırmaq istəyirəm."
 

Aysel

Sfera.az

Seçilən
34
sfera.az

1Mənbələr