AZ

İspaniya fəlakət bölgəsinə əlavə qoşun göndərir

İspaniya hökuməti yerli sakinlər arasında təbii fəlakətlə mübarizə aparması ilə bağlı artan narazılıq səbəbindən daşqından zərər çəkmiş bölgələrə daha çox əsgər göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” yerli KİV-ə istinadən məlumat yayıb.

“İspaniya ordusu xəsarət alanlara və ehtiyacı olanlara yardım etmək üçün həftəsonu təxminən 5 000 əsgər göndərib. Daha 2 500 nəfər onlara qoşulacaq”, - krallığın müdafiə naziri Marqarita Robles deyib.

Hava limanının operatoru AENA-dan bildirilib ki, Barselonanın qismən su altında qalan “El Prat” hava limanından yola düşməli olan 50-yə yaxın reys ləğv edilib və ya uzun müddət gecikdirilib, 17 geridönüş reysi isə başqa hava limanlarına yönləndirilib.

Agentliyin məlumatına görə, xilasedicilər cəsədlərin axtarışı, yeraltı dayanacaq və qarajların təmizlənməsi üçün dron və su nasoslarından istifadə edirlər.

Xatırladaq ki, İspaniya Kralı VI Filipp və həyat yoldaşı Letisiya bazar günü Valensiya muxtar icmasına səfərləri zamanı daşqınlardan zərərçəkənlərin sərt narazılığı ilə qarşılaşıblar. İspaniyada daşqınların dağıdıcı nəticələrinə görə 217 nəfər həyatını itirib.


Müəllif: Teleqraf.com
Seçilən
19
2
teleqraf.com

4Mənbələr