ABŞ Prezidenti Co Bayden Maya Sandunu Moldovada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, Ağ Evin yaydığı rəsmi məktubda Bayden bu qələbəni “tarixi” adlandırıb.
“Moldova vətəndaşları dünyanın bütün başqa yerlərində Avropa və demokratiya ilə əlaqəli bir yol seçiblər”, - təbrikdə bildirilib.
Bayden həmçinin Rusiyanın son aylarda Moldovanın demokratik təsisatlarını və seçki proseslərini sarsıtmağa cəhdlər etdiyini də vurğulayıb.
Qeyd edək ki, ötən gün baş tutan seçkilərin ikinci turunda Maya Sandu 55,33 faiz səslə qalib gəlib.