AZ

"Doxa"-nın redaktoru axtarılır

…“Doxa”-nın redaktoru Daria Manjura axtarışa verilib. SİA bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasına istinadən xəbər verir.

...Axtarış üçün əsaslar: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır, - idarənin axtarış məlumat bazası kartında deyilir.

Yanvarda Baş Prokurorluq Dövlət Dumasının komissiyasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması təklifini dəstəkləyib və “Doxa” nəşrinin ölkədəki fəaliyyətini arzuolunmaz hesab edib.

Deputat Vasili Piskarev vurğulayıb ki, təşkilat “tələbə nəşri kimi maskalanır” və “Rusiya ərazisində təxribat fəaliyyətlərinin tədrisində iştirak edir”.

Siyasətçi bildirib ki, “Doxa” informasiya resurslarında hərbi komissarlıqların yandırılması ilə bağlı təlimatlar, hüquq-mühafizə orqanlarına müqavimət göstərilməsi və universitetlərin ələ keçirilməsi ilə bağlı yazılar, habelə Rusiya hərbçilərini Ukrayna ordusuna təslim olmağa çağırışlar dərc olunub.

Əli Babayev

Seçilən
27
1
sia.az

2Mənbələr