Bu həftə avrokubokların bütün oyunlarında 1 dəqiqəlik sükut elan olunacaq. Msport.az xəbər verir ki, bu barədə UEFA rəsmi açıqlama yayıb.
UEFA İspaniyanın Valensiya şəhərində təbii fəlakət nəticəsində ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının noyabrın 7-də keçiriləcək “Bodo Glim” – “Qarabağ” görüşü də bir dəqiqəlik sükutla başlayacaq.