AZ

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi KXDR ilə razılaşmanı şərh edib

Rusiya-Koreya Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi Koreya yarımadasında, o cümlədən nüvə silahının istifadəsi ilə eskalasiya riskini azaldır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstiqneyeva deyib.

“İyunun 19 — da ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bağlanmış müqavilə regionda təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında sabitləşdirici rol oynamağa, yarımadada müharibənin, o cümlədən nüvə silahlarının tətbiqi ilə təkrarlanma riskini azaltmağa, regionda dayanıqlı təhlükəsizlik arxitekturasının elementlərindən birinə çevrilməyə çağırılıb”, – deyə rusiyalı diplomat bildirib.

Seçilən
21
nocomment.az

1Mənbələr