Qoç - mühüm işlərə başlamağa tələsməyin. Bunun üçün yararlı və münasib zaman deyil. Bütün detalları, təfərrüatları bir daha götür-qoy edin. Konkret fəaliyyət planı hazırlayın. Belədə uğur şanslarınız xeyli artacaq.
Buğa - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.
Əkizlər - ehtiyatlı və sayıq olun. İstənilən işə ciddi yanaşma, addım və əməllərin kritik dəyərləndirilməsini tələb edən gündür. İndiyədək əldə etdiyiniz yaşam təcrübəniz karınıza gələcək.
Xərçəng - xüsusilə mühüm saydığınız məqsədə çata bilərsiniz. Prioritetləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli məsələləri təxirə salın. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz. Etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın.
Şir - təmaslarda diqqətli olun. Bu gün yalnız etibarına əsla şübhə etmədiyiniz insanlara güvənə bilərsiniz. Ehtiyatlı olun, fırıldaq qurbanına çevrilə bilərsiniz.
Qız - günün ilk yarısı çox mürəkkəb və ağır dönəm təsiri bağışlaya bilər. Amma hər şey o qədər də pis deyil. Tələsik qərarlar qəbul etməyin. Önəmli qərar verməzdən əvvəl düşünüb-daşının. Razıyıq, cansıxıcı məşğuliyətdir. Amma bu minvalla səhvlər və itkilərdən qurtula bilərsiniz.
Tərəzi - maraqlı ideyalar və planlar yaranacaq. Onları yaxın gələcəkdə reallaşdırmaq çətin deyil. Yeni müttəfiqlərin axtarışını təxirə salmayın. Yardıma ehtiyacınız var, çünki görmək zərurətində qaldığınız işlərin miqyası artır. Cari işləri, rutin məşğuliyyəti unutmayın. Yaxın ətrafınızdakı insanların münasibəti işlərin öhdəsindən gəlmə sürətindən asılıdır.
Əqrəb - nigaranlıq və təlaş qaçılmazdır. Günün ilk yarısında problemlər yaranacaq. Hadisələrlə zəngin zamandır. Bəzi olaylar sizin üçün gözlənilməzdir. Yaşananlara dürüst reaksiya versəniz, irəliləyiş istisna deyil.
Oxatan - mühüm qərarlar qəbul etməkdən çəkinməyin. Vəziyyət dumanlı, anlaşılmaz təsir bağışlasa da, özünüzdən bədgüman olmayın. Məlumat kasadlığı problem olmamalıdır. İşləri vaxtında başa vurmağa can atın.
Oğlaq - hansısa iş alınmazsa, təlaşa qapılmayın. Gün xoşagəlməz sürprizlər bəxş edə bilər. Heç bir olay mühüm saydığınız işlərin görülməsinə mane olmamalıdır. Qarşınıza qoyduğunuz məqsədə mütləq çatmağa çalışın.
Dolça - maliyyə məsələlərində ehtiyatlı olun. Pul itkisi riski artır. Qiymətli əşyalarınızda gözünüz olsun. Saatlar keçdikcə situasiyada müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlara nail ola bilərsiniz.
Balıqlar - çox uğurlu gündür. Günün ilk yarısında emosional fon münasibdir. İlk növbədə, görəcəyiniz işi özünüz müəyyənləşdirə bilərsiniz. Sonra ikinci dərəcəli məsələni müəyyənləşdirərək onu reallaşdırmağa başlayın. Yaxınlarınız sizi dəstəkləyəcəklər.
Milli.Az