AZ

“Latsio”dan növbəti qələbə

İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün son 3 oyun baş tutub.

“Empoli” evdə “Komo”ya, “Cenoa” səfərdə “Parma”ya tək qolla qalib gəlib. “Latsio” da “Kalyari”ni məğlub yola salıb.

Hazırda 25 xala malik “Napoli” vahid liderdir. “İnter” 24 xalla ikinci pillədə qərarlaşıb. “Atalanta”, “Fiorentina” və “Latsio” 22, “Yuventus” 21, “Milan” 17, “Udineze” 16, “Bolonya” 15 xal toplayıb.

İtaliya A Seriyası
11-ci tur

2 noyabr

Bolonya – Leççe 1:0
Qol: Orsolini, 85.

Udineze – Yuventus 0:2
Qollar: Okoye, 19-öz qapısına. Savona, 37.

Montsa – Milan 0:1
Qol: Reynders, 43.

3 noyabr

Napoli – Atalanta 0:3
Qollar: Lukman, 10; 31. Reteqi, 90+2.

Torino – Fiorentina 0:1
Qol: M.Kin, 41.

Verona – Roma 3:2
Qollar: Tengstedt, 13. Manyani, 3. Harrui, 88 – Sule, 28. Dovbik, 53.

İnter – Venetsiya 1:0
Qol: Lautaro Martines, 65.

4 noyabr

Empoli – Komo 1:0
Qol: Pelleqri, 47.

Parma – Cenoa 0:1
Qol: Pinamonti, 79.

Latsio – Kalyari 2:1
Qollar: Dia, 2. Zakkayni, 75 – Luvumbo, 41.

Seçilən
28
1
futbolinfo.az

2Mənbələr