AZ

İDF İranın mümkün cavabını gözləyərək hazırlığını artırıb » AzadMedia.az



İsrail silahlı qüvvələri İranın mümkün hücumu ərəfəsində hazırlıq səviyyəsini yüksəldib. Bu barədə “Jerusalem Post” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən xəbər verir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (İDF) baş qərargahında və bütün bölmələrdə vəziyyətin qiymətləndirilməsi üçün hər gün iclaslar keçirilir, aviasiya və hava hücumundan müdafiə sistemləri gücləndirilmiş hazırlıq vəziyyətindədir.

Qəzet qeyd edib ki, İranın mümkün zərbəsinin dəqiq vaxtı barədə hələlik heç bir məlumat yoxdur. İsrail hərbçiləri zərbənin birbaşa İran ərazisindən deyil, Suriya, Yəmən və ya İraqdan həyata keçirilə biləcəyini istisna etmir.

Noyabrın 4-də bildirildi ki, İran əvvəlki hücumlarla müqayisədə İsrailə cavab hücumunda daha güclü döyüş başlıqları ata bilər.

İsrail oktyabrın 26-na keçən gecə İrana hücum edib. “Axios” nəşrinin məlumatına görə, hücum nəticəsində ballistik raketlərin hazırlanması üçün vacib komponentlər, eləcə də İslam Respublikasının öz bazasında istehsal edə bilmədiyi bərk yanacaq istehsalı üçün bəzi “planet mikserləri” sıradan çıxarılıb.
Seçilən
44
1
azadmedia.az

2Mənbələr