KXDR tərəfindən azı yeddi raket buraxılıb.
“Far.Az”un xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, raketlərin uçuş hündürlüyü təxminən 100 km, məsafəsi isə 400 km təşkil edib.
Öz növbəsində, NHK telekanalı Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinə istinadən bildirib ki, KXDR tərəfindən yerli vaxtla səhər saat 7:30-da (Bakı vaxtı ilə saat 2:30) Yaponiya dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atılıb.