AZ

Barselonada 70-ə yaxın uçuş təxirə salınıb

İspaniyanın Barselona şəhəri təhlükəli leysan yağışlarına görə qırmızı xəbərdarlıqla üzləşib. SİA xəbər verir ki, Barselona-El Prat Hava Limanında 70-ə yaxın uçuş təxirə salınıb, 18 uçuş isə başqa istiqamətlərə yönəldilib. Hava limanı operatoru Aena bildirib ki, leysan yağışları hava limanının T-1 terminalı və dayanacaq yerlərində də daşqınlara səbəb olub.

Şəhərdən yayımlanan görüntülərdə uçuş-enmə zolağının tamamilə su altında qaldığı görünür. Bir təyyarə enişdən imtina edib, tarmakda qalan azsaylı təyyarələr isə suyun içində hərəkət etməyə məcbur qalıblar.

Qeyd edək ki, İspaniyanın müasir tarixində ən ağır sel fəlakəti nəticəsində həlak olanların sayı 217-yə çatıb. Onların əksəriyyəti Valensiya bölgəsində, 60-dan çoxu isə Paiporta qəsəbəsində qeydə alınıb. Yüzlərlə insan isə hələ də itkin düşmüş hesab olunur.

Seçilən
58
2
sia.az

3Mənbələr