AZ

Çin-AB vergi qalmaqalı davam edir - Son durum

Brüssel, Çindən idxal olunan elektrikli avtomobillərə 8-35 faiz arasında vergi tətbiq etdikdən sonra Pekin bu məsələni Ümumdünya Ticarət Təşkilatına (ÜTT) çıxardı.

Valyuta.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə əsasən Çin, Avropa Birliyinin Çin istehsalı elektrikli avtomobillərə tətbiq etdiyi qəti vergilərə qarşı ÜTT-də hüquqi proses başlatdığını bildirib.

Pekin, AB-nin Çin elektrikli avtomobil markalarına 8-35 faiz arasında vergi tətbiq etmək qərarını rəsmiləşdirməsindən sonra ötən həftə AB-yə qarşı məhkəmə işi açacağı ilə hədələmişdi.

Vergilər, bir illik araşdırmanın nəticəsi olaraq Çinli istehsalçıların haqsız subsidiyalardan yararlandığı iddiasından sonra tətbiq edilib.

Çin Ticarət Nazirliyi, “Elektrikli avtomobil sənayesinin inkişaf maraqlarını və qlobal yaşıl keçid əməkdaşlığını qorumaq üçün Çin, AB-nin qəti subsidiyaya qarşı tədbirlərinə qarşı məhkəmə işi açmaq qərarı verdi” açıqlamasını yayımlayıb.

Bu yeni tələb, AB-nin qəti tədbirlərinin araşdırılmasını və Çinin 9 avqustda başladığı əvvəlki işin mövzusu olan müvəqqəti tədbirləri də əhatə edir.

Bu addım, Pekin ilə Brüssel arasında artan ticarət gərginliyində son hərəkət kimi qiymətləndirilir. Eyni zamanda, Avropa Birliyinin vergiləri qüvvədən düşürəcək minimum qiymət öhdəliklərini təmin etmək məqsədilə Pekinlə razılıq əldə etmək üçün yaxın zamanda Çinə danışıqlar qrupu göndərməsi gözlənilir.

Çin, 60 gün davam edəcək hər hansı ÜTT mübahisə həllinin ilk addımı olaraq AB ilə məsləhətləşmələr tələb edir. Lakin ÜTT-nin ən yüksək apellyasiya orqanı, ABŞ-ın quruma olan mövqeyinə görə yaranan hakim çatışmazlığı səbəbindən fəaliyyətsiz vəziyyətdədir.

Rəhim

Seçilən
32
valyuta.az

1Mənbələr