Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru TedrosAdhanom Qebreyesus 2023-cü ildə dünyada 8,2 milyon insana vərəmdiaqnozu qoyulduğunu bildirib.
Trend xəbər verir ki, bu,ÜST-nin 1995-ci ildən bəri qlobal vərəm vəziyyətini izləməyəbaşladığı tarixdən etibarən ən yüksək göstəricidir.
T.A.Qebreyesus vərəmlə bağlı illik hesabatı təqdim edərəkCOVID-19 pandemiyasının yaratdığı fasilələrdən sonra profilaktika,diaqnostika və müalicə xidmətlərinə çıxışın yaxşılaşmağa davametdiyini vurğulayıb. O, ardıcıl ikinci il vərəmdən ölənlərinsayında azalma olduğunu diqqətə çatdırıb.
Əlli mindən çox insan Mpox virusuna qarşı peyvənd olunub. Buvirusla bağlı vəziyyətə də toxunan T.A.Qebreyesus ABŞ və AvropaKomissiyasının dəstəyi ilə Konqo Demokratik Respublikası vəRuandada 50 mindən çox insanın Mpox virusuna qarşı peyvəndolunduğunu bildirib. O, 2024-cü ilin sonuna qədər virusun yayıldığıAfrika ölkələrinə 6 milyon doza peyvəndin çatdırılmasınınplanlaşdırıldığını və bu peyvəndlərin qlobal və qitəstrategiyasının bir hissəsi kimi mərhələli şəkildə tətbiqediləcəyini vurğulayıb.