Mark Rutte əmindir ki, ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq NATO öz birliyini qoruyub saxlayacaq...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, alyansln vahid qalacağını bildirib.
“ABŞ prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, biz əməkdaşlığı davam etdirəcəyik”, deyə Rutte Berlində Almaniya kansleri Olaf Şoltla birgə mətbuat konfransında deyib. Mətbuat konfransını Almaniyanın “Die Zeit” qəzeti canlı yayımlayıb.
“Harris və ya Trampla, biz ittifaqın vahid qalmasına əmin olacağıq”, deyə Alyansın baş katibi vurğulayıb.
Poliqon.info