AZ

Universitet müəllimləri də sertifikasiyaya cəlb ediləcək?

Bakı. Trend:

Məktəblərdə müəllimlərin bilik və bacarıq səviyyəsini yoxlamaqüçün sertifikasiya prosesləri keçirilir ki, bu da təhsilinkeyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafınadəstək olmaq məqsədi daşıyır. Lakin ali təhsil müəssisələrindəsaxta diplomla çalışan müəllimlərin varlığı cəmiyyətdə etimadısarsıdır və ali təhsil sisteminə qarşı güvəni azaldır.Universitetlərdə bu problemin həlli üçün sertifikasiya tərzindədiaqnostik qiymətləndirmə prosesinin tətbiqi vacib addım olabilər.

Bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan DövlətPedaqoji Universitetinin Təhsildə Təhlil və KommunikasiyalarMərkəzinin rəhbəri Kamran Əsədov deyib.

O qeyd edib ki, bu diaqnostik qiymətləndirmə prosesi ali təhsilmüəssisələrində müəllimlərin real bilik və bacarıqlarının obyektivşəkildə qiymətləndirilməsinə imkan yaradacaq.

"Universitet müəllimlərinin elmi və pedaqoji biliklərininyoxlanması təkcə saxta diplom məsələsinin aşkar olunması üçündeyil, həm də müəllimlərin təhsil keyfiyyətinə verdikləri töhfəniartırmaq üçün önəmlidir.

Bu cür qiymətləndirmələr tədris bacarıqlarının və elminailiyyətlərinin təhlil edilməsinə və inkişaf ehtiyaclarınınmüəyyənləşməsinə şərait yarada bilər. Bunun nəticəsində ali təhsilmüəssisələrində təhsilin ümumi keyfiyyətində irəliləyiş əldə olunabilər.

Bu proses, həmçinin, ali təhsil müəssisələrində şəffaflığın vəhesabatlılığın artırılması üçün mühüm rol oynayar. Sertifikasiyayabənzər diaqnostik qiymətləndirmələr universitet müəllimlərinintədris prosesindəki səviyyələrini, bilik və bacarıq səviyyələriniobyektiv bir çərçivədə ölçmə imkanı verər. Belə bir addımcəmiyyətin universitet müəllimlərinə olan etimadını gücləndirəcəkvə ali təhsil sahəsində saxtakarlığın qarşısını almağa köməkedəcək.

Bundan əlavə, diaqnostik qiymətləndirmə prosesinə əsaslanansertifikasiya, ali təhsil müəssisələrində əməkdaşların peşəkarinkişafına yönəlik xüsusi proqramların təşkil edilməsini dəstimullaşdıra bilər.

Müəllimlər üçün təşkil olunacaq ixtisasartırma proqramları vətəlimlər onların zəif tərəflərinin gücləndirilməsi və tədriskeyfiyyətlərinin artırılması üçün önəmli addım olacaq. Bu cürproqramlar universitet müəllimlərinin peşəkarlıq səviyyəsiniyüksəldərək, tələbələr üçün daha səmərəli bir təhsil mühitininyaradılmasını təmin edəcək.

Son olaraq, sertifikasiya prosesinin ali təhsil müəssisələrindətətbiqi tədris mühitində standartların yüksəldilməsinə və saxtadiplomların qarşısının alınmasına mühüm töhfə verə bilər. Buyanaşma təhsil sahəsində şəffaflığın artırılması, müəllimlərinpeşəkar inkişafı və ümumilikdə ali təhsil sisteminə olan ictimaietimadın bərpası üçün vacib addımdır", - deyə o qeyd edib.

Seçilən
28
8
az.trend.az

9Mənbələr