Antalyada Menekşe Arslan qonaq qalmağa getdiyi 2 mərtəbəli evdə baş verən yanğında həyatını itirib.
Pərdələrin alovlanması ilə başlayan yanğın sürətlə böyüyərək bütün evi əhatə edib. Bu zaman qonaq gəldiyi evdə olan Menekşe Arslan çölə çıxmaq istəyib.
News24.az xəbər verir ki, bədbəxt qadın pəncərələrdəki barmaqlıqlar səbəbindən çölə çıxa bilməyib və həyatını itirib.
Qeyd edək ki, yanğın zamanı ev sahibi Ramazan N.-nin evdə olmadığı öyrənilib.
Yanğını görən qonşuların xəbəri üzərinə əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları alova müdaxilə edərək qısa müddətdə söndürüb. Yanğın anını görən qonşu H.A, "İkindi namazını qılıb aşağı düşdüm. Bu zaman qadının qışqırığını eşitdim. Qonşularla müdaxilə etdik, qadını çıxara bilmədik. Qadın qışqırdı, bir dəqiqə də çəkmədi ki, ev alovlar içində qaldı. Allah bunu heç kimə göstərməsin” dedi.
Hadisə ilə bağlı istintaq davam edir.
Günel Məlikzadə