Türkiyə - Çankırıda restoran işlədən Sərvət Sevindim müştərilərin Dubay şokoladına olan tələbi ilə yerli dad hazırlamaq istəyib.
News24.az xəbər verir ki, pide və künəfəni Dubay dadı ilə birləşdirən biznes sahibi müştərilər tərəfindən bəyənildiyini bildirib.
Şokoladlı pide və künefe müştərilərin böyük marağına səbəb olarkən, iş adamı Sərvət Sevindim istehsalda istifadə olunan məhsulların Türkiyədə istehsal olunsa da, “Dubay” adının istifadə edilməsinin çılğınlığa səbəb olduğunu bildirib.
Dubay adının pide və künefeni gündəmə gətirdiyini deyən iş yeri sahibi Sərvət Sevindim, “Dubay şokolad çılğınlığı bütün dünyada olduğu kimi Çankırıda da müəyyən səviyyəyə çatıb. Bizə gələn müştərilərimizin əksəriyyəti Dubay şokoladı haqqında soruşurdular. Bu tələbləri qarşılamaq üçün biz Dubay künefesini və Dubay pidesini hazırlayıb müştərilərimizə təqdim etdik. Bu yenilikdən sonra müştərilərdən müsbət rəylər aldıq. Əslində bütün inqrediyentlər Türkiyədə istehsal olunan məhsullardır, amma Dubay deyəndə daha da sıx tələbat olur. Pide və künefenin içinə püstə, şəkər və şokolad qoyub Dubay üslubunu izlədik" deyib.
Günel Məlikzadə