AZ

Startaplar arasında sorğu: Probleminiz nədir?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yerli startap ekosisteminin problemlərini araşdırmaq məqsədi ilə sorğu keçirir.

Valyuta.Az-ın verdiyi xəbərə görə, qurumun yaydığı məlumatda deyilir: "... Agentliyimiz yerli startapların problemlərini, ehtiyaclarını və çatışmazlıqlarını daha dərindən anlamaq üçün sizin rəylərinizə önəm verir. Fikirlərinizi bizimlə paylaşın ki, birlikdə daha güclü və dayanıqlı bir ekosistemi yaradaq!

Hazırda startapı olan, startap ideyası olan, o cümlədən zamanında startapı olmuş hər kəs sorğuda iştirak edə bilər". 

Sorğuda iştirak üçün BU LİNKİ tıklayın.

Seçilən
72
valyuta.az

1Mənbələr