AZ

İmişlidə qəza: 36 yaşlı qadın xəsarət aldı

İmişli rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Bakupost az. xəbər verir ki, 1988-ci il təvəllüdlü Nəsibova Ramidə Eldar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona döş fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
35
2
bakupost.az

3Mənbələr