"Əl-Hilal" klubunun hücumçusu Neymar Asiya Çempionlar Liqasının "İstiqlal"la oyununda (3:0) zədələnib.
Fanat.Az xəbər verir ki, futbolçu meydana 57-ci dəqiqədə daxil olsa da, 86-cı dəqiqədə əvəzlənməli olub.
Bir epizodda braziliyalı sürətli qaçarkən ombasında ağrı hiss edib.
Neymar oktyabrın 21-də meydana qayıtmşdı. O, ön çarpaz bağ zədəsindən və meniskin cırılmasından sonra 369 gün oynamamışdı.
32 yaşlı ulduz forvard zədəsinin ciddiliyini müəyyən etmək üçün tibbi müayinədən keçməlidir.
Mirağa