AZ

Fələstin Beynəlxalq Əmək Təşkilatında müşahidəçi dövlət statusu alıb

Bakı, TurkicWorld

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Fələstinin təşkilat daxilindəki statusunu “milli azadlıq hərəkatı”ndan “müşahidəçi dövlət”ə dəyişdirilməsi qərarını qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat verib. Bu qərar BƏT-in İcraiyyə Şurasının toplantısında, Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Şahir Səadın və digər ərəb və beynəlxalq birlik nümayəndələrinin iştirakı ilə qəbul edilib.

Şahir Səad qeyd edib ki, statusun dəyişdirilməsi barədə qərarın son təsdiqi 2025-ci ilin iyun ayında keçiriləcək Beynəlxalq Əmək Konfransında veriləcək.

BƏT-in Fələstinin statusunu "milli azadlıq hərəkatı"ndan "müşahidəçi dövlət"ə dəyişməsi Fələstinə təşkilatın bütün strukturunda tam iştirak hüququ və "iştirakçı üzvlük" statusuna keçid imkanı verir. Bu qərar ilə Fələstin ilk dəfə 2025-ci ildə hökumət, işçilər və işəgötürənlərdən ibarət üçtərəfli rəsmi nümayəndə heyəti ilə Beynəlxalq Əmək Konfransına qatılacaq.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luc Triangle, BƏT-in Fələstini tanımasının insan və əmək hüquqları baxımından problemlərlə üzləşən Fələstin xalqı ilə həmrəylik əlaməti olduğunu bildirib. Triangle, Fələstin dövlətinin tanınmasının davamlı sülh üçün vacib bir addım olduğunu vurğulayıb.

Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Hind bin Əmmar isə, Fələstinin BƏT-in səsvermə hüququ olan tam üzvlüyə çatdırılması məqsədi ilə Fələstinin beynəlxalq səhnədə səsini daha güclü eşitdirmək üçün çalışdıqlarını ifadə edib.

Seçilən
33
turkic.world

1Mənbələr