Ötən gecədən Müxalifət partiyalarının təşkilatçılığı ilə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.
Tezadlar.az xəbər verir ki, aksiyaya müxalifət birlikləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr və vətəndaş fəalları da qoşulublar. Aksiyada çıxış edən müxalifət liderləri bildiriblər ki, etiraz aksiyaları yeni seçkilər keçirilənə qədər davam edəcək. Mitinqə qoşulan kütlənin çox olması səbəbindən Tbilisinin mərkəzi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Qeyd edək ki, aksiyada müxalifət partiyalarının fəaliyyət planının elan ediləcəyi gözlənilir.
Ölkə prezidenti də müxaliflərlə bir sıradadır. O seçkinin nəticələrini tanımadığını bəyan edib.
A.Məmmədli