AZ

Gürcüstan müxalifəti hökumətə çağırış edib

Gürcüstanda 26 oktyabr tarixində keçirilmiş parlament seçkiləri ilə bağlı etiraz dalğası davam edir. 

News365.az gürcü mediasına istinadla xəbər verir ki, ölkənin müxalif nümayəndələr qrupu hökumətə yenidən seçkilərin keçirilməsi ilə bağlı çağırış edib. 

Belə ki, Tiflisdə parlament binasının qarşısında toplaşan müxalif gürcülər seçkilərin nəticələrinin onlar tərəfindən qəbul edilmədiyini dilə gətiriblər.  Seçkilərdə əhalinin beş faizinin səsini topladığı iddia olunan müxalif qruplar bildirib ki, seçkilər saxtakarlıqla təşkil edilib. 

"Gürcüstanın xilası üçün birlik" blokunun rəhbəri Giorgi Vaşadze öz çıxışında bunu bir daha dilə gətirib:  "Nəticələrlə razı deyilik. Yenidən seçkilərin keçirilməsini israrla tələb edirik".

Seçilən
16
news365.az

1Mənbələr