AZ

Çində evlilik böhranı

Yazını böyüt
Yazını kiçilt

Çinin Vətəndaşlıq İşləri Nazirliyi ölkədə evlilik nisbətləri ilə bağlı son məlumatı açıqlayıb. Əgər tendensiya belə davam edərsə, rekordların başladığı 1980-ci ildən bəri ən aşağı rəqəmlər görünəcək.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, ilin ilk üç rübündə 4,74 milyon çinli cütlüyün evləndiyi açıqlanıb. Ötən ilin eyni dövründə 5,69 milyon toy mərasimi təşkil edilərək, 16,6 faiz azalma qeydə alınıb.

44 il ərzində saxlanılan məlumatlarda zirvə 2013-cü ildə 13 milyon nikahla görüldü. Bu rəqəm 2022-ci ildə 6,83 milyon olaraq qalaraq ən aşağı səviyyəyə çatıb. 2024-cü ilin sonuna qədər nikahların illik sayının bundan aşağı qalacağı təxmin edilir.

Çin əhalisinin 2022-ci ildə başlayan azalma tendensiyası 2023-cü ildə də davam edib. 2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona düşüb.

Evlilik rəqəmləri ilə birlikdə doğum nisbətlərinin azalması Pekini də narahat edir. Keçən il doğuşlar 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı vaxtdan bəri ən aşağı göstərici olub.

Əhalinin azalmasının qarşısını almaq üçün Çin 2015-ci ildə tək uşaq siyasətinə son qoydu və cütlüklərə ən azı iki uşaq sahibi olmaq üçün vergi güzəştləri kimi iqtisadi təşviqlər verdi.

2022-ci ilin oktyabrında Çin Prezidenti Si Cinpin doğum nisbətinin artırılmasının milli prioritet olduğunu açıqladı. Ancaq bu narahatlıqların və gedişlərin problemi həll etdiyini söyləmək çətindir. İnsanlar uşaq sahibi olmağı təxirə salmaq və ya bu ideyadan tamamilə imtina etmək üçün səbəblərdən biri kimi artan yaşayış bahalığını göstərirlər.

Milli Sağlamlıq Komissiyasına bağlı Çin Əhali və İnkişaf Araşdırmaları Mərkəzi, doğum nisbətinin durğunluğunun əsas səbəblərini araşdıracaq araşdırmada 150 rayonda 1500 icmadan 30 min insanın müsahibəyə cəlb ediləcəyini bildirmişdi.

Çin 1980-ci illərin sonlarında sürətlə artan əhaliyə nəzarət etmək üçün sərt tək uşaq siyasətini qəbul etdikdən sonra doğum nisbəti azalmağa başlayıb. Sonradan bu siyasətdən imtina edilsə də, əhalinin ümumi sayı 2023-cü ildə ardıcıl ikinci dəfə azalıb.

Çindən başqa, Yaponiya və Cənubi Koreya kimi Asiya nəhəngləri də oxşar problemlərlə mübarizə aparır. Onların gördüyü tədbirlər əhalinin problemini həll etmir.

Seçilən
29
hafta.az

1Mənbələr