AZ

Ekoloji etika anlayışları gündəmə gətirilməlidir - Allahşükür Paşazadə

Bakı. Trend:

Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər -əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etikmeyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz edilməsimütərəqqi dünya ictimaiyyətini narahat edir.

Trend-in məlumatına görə,bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Diniliderlərin Qlobal Bakı Sammitində deyib.

O bildirib ki, yaşadığımız humanitar böhranlar çağdaş dünyadatörədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması,münbit torpaqların və su mənbələrinin yararsız hala salınmasısəbəbindən yaşanır.

"Sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərləformalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə -siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməlolunması vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Proqramında iqtisadisəmərə, sosial ədalət və ekoloji tarazlığı təmin edən dayanıqlıyaşıl iqtisadiyyat modelindən söhbət açılır, bərpaolunan enerjininhamı üçün əlçatan olması hədəflənir.

Təbii ki, "yaşıl" iqtisadiyyat modeli bəşəriyyətə daha harmonikinkişaf imkanı bəxş edir. Zənnimcə, burada ekoloji etikaanlayışları gündəmə gətirilməli, yaradanın neməti və mükəmməl əsəriolan təbiətə yanaşmada mənəvi-əxlaqi məqamlara istinadedilməlidir.

Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyətəhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyiilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimaivə dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqungücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurətidəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləridərindən tədqiq ediləcək", - o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
34
11
az.trend.az

10Mənbələr