AZ

"Real" onun üçün 200 milyon avro ödəməyə hazırdır

"Real Madrid" "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland üçün böyük məbləğdə pul ödəməyə hazırdır.

90deqiqe.Az-ın “Defensa Central”a istinadən məlumatına görə, "kral" klubu 24 yaşlı futbolçunu transfer etmək istəyir.

"Real Madrid" maliyyə feyr-pleyini pozduğuna görə cəzalandırılmasa, Madrid nəhəngi norveçli üçün "Mançester Siti"yə təxminən 200 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, forvard özü də İspaniya çempionatında qüvvəsini sınamağın əleyhinə deyil. Bundan əvvəl mətbuatda "Barselona"nın da Haalandın xidmətlərində maraqlı olduğu barədə şayiələr var idi, lakin kataloniyalılar çətin ki, belə bahalı transferi ödəyə bilsinlər.

Xatırladaq ki, bu mövsüm Erlinq Haaland İngiltərə çempionatında 11 qol vurduğu “vətəndaşlar”ın tərkibində on oyun keçirib.

Seçilən
36
90deqiqe.az

1Mənbələr