AZ

Qərbi Avropadakı sonuncu Lenin muzeyi də bağlandı

Yazını böyüt
Yazını kiçilt

Finlandiya və Qərbi Avropada sonuncu Lenin muzeyi bağlanıb. 1946-cı ildə Tamperedə Finlandiya-SSRİ assosiasiyası tərəfindən yaradılmış muzey Qərbdə Leninə həsr olunmuş yeganə muzey idi.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, muzey öz qapılarını sonuncu dəfə bazar günü, noyabrın 3-də açıb. Muzeyin yerləşdiyi Tamperedəki Fəhlə Evinin binasında 1900-cü illərin əvvəllərində Leninin rəhbərlik etdiyi Rusiya Sosial Demokrat İşçi Partiyasının gizli toplantıları keçirilirdi. Leninlə Stalinin ilk dəfə 1905-ci ildə burada görüşdüyü güman edilir.

1946-cı il yanvarın 20-də Leninin vəfatının ildönümünə təsadüf edən muzeydə Rusiya liderinin həyatından və Sovet İttifaqının tarixindən bəhs edən böyük sərgi açılıb. Apreldə muzeyin bağlanacağı və söküləcəyi bildirildi. Muzey direktoru bildirib ki, mədəniyyət ocağının köhnə adı artıq onun məzmununu əks etdirmir, ziyarətçiləri çaşdırır, anlaşılmazlıqlara səbəb olur.

Gazeta.fi-nin baş redaktoru Vladimir Qusatinski muzeyin xüsusi kolleksiya təklif etdiyini və sərgilərin kifayət qədər maraqlı olduğunu bildirir. Muzeydə müxtəlif sərgilər və tədbir proqramları da nümayiş etdirilirdi. Bununla belə, muzey məhdud dövlət dəstəyinə malik idi və əsasən ziyarətçilərin gəlirləri hesabına dəstəklənirdi. Düşünülür ki, mədəniyyət sahəsində dövlət büdcəsinin kəsilməsi muzeyin maliyyələşdirilməsini çətinləşdirib.

Lenin Muzeyinin yerində 2025-ci ilin fevralında Nootti adlı yeni muzey açılacaq. Bu yeni muzey Finlandiya ilə Rusiya arasında siyasi əlaqələrə və tarixi hadisələrə diqqət yetirəcək. 2023-cü ildə Helsinki Şəhər Şurası Leninin adını daşıyan parkın adının dəyişdirilməsinə qərar verib və Leninin heykəlləri Turku və Kotka şəhərlərində küçələrdən yığışdırılaraq muzeylərə köçürülüb.

Seçilən
51
hafta.az

1Mənbələr