AZ

"Bakı Fond Birjası"na xəbərdarlıq edilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-yə (BFB)rəsmi xəbərdarlıq edib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici qurumun həyata keçirdiyi nəzarəttədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətlikağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 46.2 və46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib və bununlabağlı “Bakı Fond Birjası” QSC-yə rəsmi xəbərdarlıq edilib.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr