AZ

"Sabah"ın Avropa Kubokunun G qrupundakı rəqibi uduzdu

Basketbol üzrə Avropa Kubokunun G qrupunda “Sabah”ın rəqibi olan “Marussi” Yunanıstan növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Marussi” PAOK-la qarşılaşıb.

Onlar bu görüşdə 80:81 hesabı ilə uduzub. Hazırda "bayquşlar"ın rəqibi 6 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Avropa kubokunun 5-ci turunda “Sabah” və “Marussi” klubları qarşılaşacaq.

Oyun noyabrın 6-da Yunanıstanda keçiriləcək və saat 22:15-də başlayacaq. İlk turda “Sabah” öz arenasında rəqibinə uduzub(70:82).

Seçilən
29
sportinfo.az

1Mənbələr