ABŞ-ın müsəlman və ərəb seçicilərinə müraciət edən prezidentliyə namizəd Donald Tramp rəqibi, vitse-prezident Kamala Harrisin seçiləcəyi təqdirdə Yaxın Şərqi işğal edəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Onlar bilirlər ki, Kamala və onun müharibə kabineti Yaxın Şərqi işğal edəcək, milyonlarla müsəlmanı öldürəcək və Üçüncü Dünya Müharibəsinə başlayacaq”, - Tramp bildirib.
Müəllif: Mənsur Rəğbətoğlu