Rusiyada pedofil 9-cu sinif şagirdinə təcavüz edib.
Medianews.az “Daily”a istinadən xəbər verir ki, hadisə noyabrın 2-də axşam saatlarında Moskva yaxınlığındakı Ramenskoyedə baş verib.
İti ilə gəzintiyə çıxan 15 yaşlı qız naməlum kişi tərəfindən təqib edilib..
Qız kişinin onu izlədiyini görüb və hətta atasına zəng edərək onu qorxutmağa çalışıb. Lakin kişi müşahidə etməyə davam edib.
Hava qaralanda kişi uşağı sürüyərək yolun kimsəsiz tərəfinə aparıb və zorlayıb.
Baş verənləri valideynlərinə danışan qız təkbaşına evə gedə bilib. Məktəbli xəstəxanaya aparılıb. Həkimlər onun həyatının təhlükədə olmadığına inanırlar, lakin 9-cu sinif şagirdi ilə psixoterapevt işləyəcək.