AZ

Azərbaycanda BOKT-ların məsafədən kreditləşməsi tənzimlənəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Bankhesablarının açılması, aparılması və bağlanması Qaydası”ndaməsafədən bank hesablarının açılmasına dair tələblər müəyyənedilib. Mövcud təcrübədən Bank olmayan kredit təşkilatlarındakredit risklərinin idarə edilməsi qaydası layihəsi hazırlanan zamanda yararlanacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AMB-dənbildirilib.

Qeyd olunub ki, sözügedən prosesin tənzimlənməsi bank olmayankredit təşkilatlarında məsafədən kreditləşmənin tətbiqi zamanımüştərilərinin zəruri identifikasiya tədbirlərini doğru həyatakeçirməyə, bu sahədə gələcəkdə yarana biləcək neqativ hallarınartmamasının qarşısının alınmasına imkan verəcək:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmışvə qüvvəyə minmiş “Bank olmayan kredit təşkilatları haqqında”Qanunda dəyişiklik edilməsi barədə” Qanununa əsasən, Bank olmayankredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydasınadair tələb müəyyən edilib.

Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarəedilməsi qaydası layihəsində kredit risklərinin idarə edilməsisiyasəti və monitorinqinə dair tələblərlə yanaşı, kreditrisklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimumtələblər qeyd olunur.

Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanmasızamanı tələblərin müəyyən edilməsi nəzərdə tutulur. Bu zaman“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına vəterrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”Azərbaycan Respublikasının Qanunundan, eləcə də, bu Qanundan irəligələrək hazırlanmış “Müştəri uyğunluğu və yeni texnologiyalarıntətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarınınmüəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aidedilməsinə dair Qaydalar”ının tələbləri də nəzərə alınacaq”.

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının MərkəziBankının “2024-2026 Maliyyə Sektorunun İnkişafı Strategiyası”çərçivəsində rəqəmsal maliyyə təşəbbüslərindən biri olan“Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinintəkmilləşdirilməsi” üzrə icra ediləcək fəaliyyətlərdən biri kimiBank hesablarının açılması, aparılması və bağlanması Qaydasındaməsafədən hesabların və müqavilələrin bağlanılması üçün istifadəedilən eyniləşdirmə və imzalama üsullarının təkmilləşdirilməsiplanlaşdırılır:

“Risk yönümlü yanaşma əsasında, bank olmayan kredit təşkilatlarıistehlak kreditlərinin verilməsi zamanı qaydaların müvafiqbəndlərini rəhbər tutaraq proseslərini rəqəmsallaşdırabiləcəklər”.

“Məsafədən kreditləşmənin müsbət tərəflərinə sürətli və asanəlçatanlıq, vaxt qənaəti və prosesin rəqəmsal kanallarla aparılmasısayəsində fiziki banka getmədən kredit əldə etmə imkanı daxildir.Bu üsul müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etməyə dəimkan verir. Ancaq mənfi tərəfləri də mövcuddur: məsafədənkreditləşmə zamanı müştərinin kimliyinin düzgün eyniləşdirilməməsivə ya məlumat təhlükəsizliyində çatışmazlıqlar risklər yaradabilər. Həmçinin məsafədən müraciət prosesində müştəriyə daha azdəstək göstərilə bilər”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
49
4
az.trend.az

6Mənbələr