AZ

“Padişah xalı”dan şok dələduzluq: Görün müştəriləri necə aldadırlar

“Padişah xalı” təmizlik şirkəti barəsində redaksiyamıza şikayət daxil olub.

Publika.az xəbər verir ki, Həlimə Ələkbərova adlı xanım saytımıza ünvanlandığı şikayət məktubunda qeyd edib ki, şirkət, yuyulması üçün verdiyi pərdələri yararsız hala salıb və üstəlik də ondan 55 manat pul alıb:

“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidməthaqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.

Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yarasız pərdənin yuyulmasına 55 manat verər?

Onlara dedim ki, pərdə yarasız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın".

Oxucunun şikayətini araşdırmaq üçün “Padişah xalı” təmizlik şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən zəngimizə cavab verən Samir adlı şəxs bildirdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:

“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözdə olaraq deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki , mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, biz eyni şəkildə eyni dərman, eyni şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə təhvil verəndə də bizə özü zənbildə verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik. Amma bizə sökülmüş, bağlı vəziyyətdə verib, biz də aparıb onu yuyulma yerində çəkib atmışıq özünə.

Seçilən
28
9
publika.az

10Mənbələr