AZ

PİS, YOXSA DAHA PİS? – ABŞ seçir, dünya gözləyir

Bir çox tanınmış politoloq ABŞ-də bu gün keçirilən prezident seçkilərini, namizədlərin kimliyini nəzərdə tutaraq, ABŞ siyasi sisteminin və demokratiyanın tənəzzülü kimi qiymətləndirirlər. 

Bir neçə əsrlik demokratiya tarixi olan dünyanın ən böyük iqtisadi və siyasi gücü kimi ABŞ-nin bu gün ortaya çıxardığı namizədlər yaşı 80-i haqlamış, aşkar psixi problemləri olan, nə siyasi, nə də şəxsi əxlaqı ilə qətiyyən nümunə kimi göstərilməyəcək, prinsipsiz, tragikomik tipaj - Donald Trampla indiyə qədər ABŞ tarixinin ən aciz, qorxaq, iradəsiz prezidenti olmuş, nəinki ölkəni, heç özünü idarə edə bilməyən Co Baydenin vitse-prezidenti, heç bir siyasi yükü, xarizması, şəxsi mövqeyi olmayan, boz və içi boş personaj – Kamala Harrisdir.

Dünya tarixinə parlaq siyasi simalar, şəxsiyyətlər vermiş ABŞ-nin nədən bu gün belə sınıq-salxaq namizədlərin ümidinə qaldığı geniş təhlil tələb edən böyük mövzudur. Acı reallıq isə ondan ibarətdir ki, nə Donald Tramp, nə də Kamala Harris hazırda üçüncü dünya müharibəsinin astanasında olan, hətta bəzi əlamətlərinə görə artıq bu müharibənin getdiyi, nüvə təhlükəsinin artdığı bir dönəmdə dünya nizamında tarazlığın yaradılmasını bacaracaq heç bir xüsusiyyətə malik deyil…

Beləliklə, bu gün bütün dünyanın taleyinə birbaşa təsir edən seçim pislə daha pis arasında aparılır. Ən qəribəsi də odur ki, hər iki tərəf həm pis, həm də daha pisdir…

Tam seçki ərəfəsində kimin qalib gəlmək şansının daha yüksək olması ilə bağlı, hər zaman olduğu kimi, müxtəlif proqnozlar var. Məsələn, “ABC News” kimi nüfuzlu mənbə Donald Trampın qalib gəlmə ehtimalını 53%, Kamala Harrisin qələbəsini isə 47% dəyərləndirib. “ABC News” bu proqnozu mümkün seçki nəticələrini, eləcə də rəy sorğularını və onların etibarlılığını təhlil etmək üçün sosioloji, iqtisadi və demoqrafik məlumatları nəzərə alan “Project 538” proqnozlaşdırma modeli əsasında dərc edib. Eyni zamanda, son zamanlar Donald Tramp-ın “Polymarket” kriptovalyuta proqnozlaşdırma platformasında qalib gəlmə şansı yüksək qiymətləndirilirdi. Lakin son günlər bu göstərici birdən-birə kəskin şəkildə azalıb və indi bu platformada Trampla Harrisin şansı 50/50-yə dəyərləndirilir.

Seçilən
27
azpolitika.info

1Mənbələr