AZ

Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır - Kardinal Klaudio Qucerotti

Bakı. Trend:

Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Diniinanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq.Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır.

Trend xəbər verir ki, busözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşılplanet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal BakıSammitinin açılış mərasimində Vatikan Dinlərarası dialoqDikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti deyib.

Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərəksöyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərinnümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirəetmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağahesablanıb.

“İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbətmeyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgitəcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükəyaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumiöhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır.Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha dagüclənəcək, məhvə doğru gedəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
26
5
az.trend.az

1Mənbələr