“Azərbaycanla dəmir yollarının bərpası üçün tikinti aparılmır. Müzakirələr gedir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan deyib.
O bildirib ki, Türkiyə ilə Gümrü istiqamətindən dəmiryolunun açılması məsələsi də müzakirə mövzusudur. “Hələlik ciddi irəliləyiş yoxdur. Amma Türkiyə ilə dəmir yol xəttinin açılması istiqamətində danışıqlarımız davam edir”.
Sanosyan Azərbaycan-Ermənistan sərhəddinin hansı istiqamətində demarkasiya işlərinin aparılacağı barədə də yekun qərar verilmədiyini bildirib. Onun sözlərinə gprə, sərhədin hansı hissəsinin demarkasiyası ilə bağlı qərar verilməyib.
Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da açıqlama verərək, demarkasiya məsələsinə toxunub. O deyib ki, hazırda demarkasiyanın sərhəddin hansı istiqamətindən başlaması ilə əlaqədar Azərbaycanla intensiv danışıq aparırlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta