AZ

"Yelobank"ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılandı

"Yelobank"ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılanıb.

 

Pravda.az xəbər verir ki, bayrağın yerə düşməsi və bank rəhbərliyi tərəfindən vaxtında tədbir görülməməsi hörmətsizlik kimi dəyərləndirilib.

 

Siyasi ekspert Arzuman Abdulkərimov deyib ki, "Yelobank"ın rəhbərliyində olanların Azərbaycanın ya qalib Dövlət olmasından, bu bayrağın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə dalğalanmasından  xəbəri yoxdur, ya da düşünülmüş şəkildə hörmətsizlik edirlər. 

 

"Ümumiyyətlə, bu bankın fəaliyyəti ilə bağlı ciddi söz-söhbətlər dolaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələni nəzarətə götürəcək və bankla bağlı araşdırmalara başlayacaqlar", - o qeyd edib.

 

Pravda.az "Yelobank"a sorğu ünvanlayıb.

Tarix: 5 Noyabr 2024, 11:04   
Seçilən
27
1
pravda.az

2Mənbələr