AZ

“10 min KXDR əsgəri artıq Kurskdadır” – Cənubi Koreya kəşfiyyatı təsdiqləyir

Şimali Koreyadan 10 mindən çox hərbçi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gəlib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Çunq Ha-kyo keçirdiyi brifinqdə kəşfiyyat məlumatlarına əsaslanaraq deyib.

"Biz bilirik ki, 10 mindən çox Şimali Koreya hərbçisi hazırda Rusiyadadır və onların əhəmiyyətli bir hissəsi cəbhə bölgəsinə, o cümlədən Kursk bölgəsinə köçürülüb", - deyə Cənubi Koreya rəsmisi bildirib.

Onun sözlərinə görə, onlarda Şimali Koreya qoşunlarının birbaşa döyüşlərdə iştirakı və KİV-lərin yazdığı kimi, koreyalılardan 40-a qədərinin həlak olması ilə bağlı hələlik məlumat yoxdur.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də qeyd edib ki, ABŞ Kursk bölgəsində təxminən 10 min Şimali Koreya əsgərinin olduğunu qeydə alıb: "Biz indi hesab edirik ki, təxminən 10 min nəfər Kursk bölgəsinə gəlib və yaxın günlərdə döyüşlərdə iştirak etməyə başlaya bilər".

“AzPolitika.info”

Seçilən
58
50
azpolitika.info

10Mənbələr