Bakı. Trend:
Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı iləKopenhagen şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər”tədbiri təşkil edilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovDanimarkada belə bir tədbirin təşkilinə görə “Vətən” Cəmiyyətinətəşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsininqürurverici olduğunu diqqətə çatdırıb.
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarınınəks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub,vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altındaüçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətininrəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəmZəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri SevincOrucova Azərbaycan Ordusunun şücaətlərindən, Milli Qəhrəman RaqufOrucovun qəhrəmanlıq zirvəsinə gedən yolundan danışıb, Zəfər Günüilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinəqayğısını vurğulayıb. “Şəhid ailələri hər zaman ölkəmizin Birincivitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehribanxanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdənsonra özümü daha güclü hiss etdim”, - deyə bildirib
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətininüzvü Nərmin Xəlilovanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının,Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışlarıalqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balacasoydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir,türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçılarınzövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.