AZ

Dollar alışı niyə ARTIR? - Ekspert səbəbləri AÇIQLADI

Azərbaycanda son aylarda xarici valyutaya tələbin artması müşahidə edilir.

 

Sfera.az xatırladır ki, bunun nəticəsi olaraq, 2024-cü ilin oktyabrında Azərbaycan Mərkəzi Bankı böyük həcmdə valyuta satışını həyata keçirməyə məcbur olub.

 

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, valyutaya tələbin artmasının bir neçə səbəbi var. Ekspert deyir ki, əsas səbəb hökumətin ehtiyaclarıdır:

 

“Əvvəla, ötən ilə nisbətən Dövlət Neft Fondundan büdcəyə transfertlər 3 dəfəyə yaxın artıb. Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə Fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb. Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına Fondun satdığı valyutanı özü alırdı, əks halda dövlət büdcəsinin icrası mümkün olmazdı. Bu səbəbdən 2023-cü il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 2 milyard dollardan çox artmışdı”.

 

R.Ağayev bildirib ki, 2024-də vəziyyət dəyişdi və daha çox valyutaya ehtiyac yarandı:

 

“İşğaldan azad edilmiş ərazilərin xaricdən idxalla bağlı ehtiyacların və çox güman ki, hərbi tələbatın artması səbəbindən hökumətin idxalı birdən-birə 2 milyard dollar (2 dəfəyə yaxın) artdı. Və satılan dollar kütləsinin də əsas alıcısı dövlət özü oldu. Təkcə 9 ayda dövlət sektorunun idxalı üçün bazardan 4 milyard dollara yaxın alış olub (ötən il 2,2 milyard dollar). Şübhəsiz, özəl sektorun da idxalında genişlənmə var (təxminən 5%). Üstəlik, ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50%-ə yaxın artıb. Bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait 10%-ə yaxın artıb. Bunlar da xarici valyuta tələbini artıran amillərdir”.

 

Vasif

Sfera.az

Seçilən
64
1
sfera.az

2Mənbələr