Bakı. Trend:
Bu ilin üçüncü rübü ərzində "Azəri-Çıraq-Günəşli"dən (AÇG)stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə daircari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatınaistinadən xəbər verir.
Məlumata görə, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barelvə ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon tonolub.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu,47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismardaolub.
Cari ilin üç rübü ərzində AÇG-də 11 neft hasilatı quyusu, 2 suinjektoru və şlamların yenidən laya vurulması üçün 1 quyutamamlanıb.